Bəhruz Şirəliyev: O, yığma futbolçusu olsa da, bizə kömək etmədi
26.05.2010 - 17:23
Salyanın “Muğan” klubu daha bir legionerlə yollarını ayırıb. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev apasport.az saytına açıqlamasında bosniyalı qapıçıları Edis Kurtanoviçdən sonra Burkino-Faso yığmasının 30 yaşlı yarımmüdafiəçisi Narsis Yameoqo ilə də vidalaşdıqlarını bildirib: “Narsisi çağıraraq, onunla müqaviləni uzatmayacağımızı bildirdik. Biz onun komandamızda qalmasında maraqlı olmadıq. Düzdür, Yameoqo yığmasının üzvü idi, Afrika Millətlər Kubokunda çıxış etmişdi. Komandamızda çıxışına da pis başlamamışdı. Ancaq sonradan gözlədiyimiz oyunu görmədik və bu il bizə kömək etmədi. Buna görə Narsislə yeni müqavilə bağlamamağı qərara aldıq”.
Qeyd edək ki, ötən yay transfer olunan Yameoqo Unibank Premyer Liqasında keçirdiyi 28 oyunda (1649 dəqiqə) 1 qol, onu da penalti zərbəsindən vurub. Çempionatımızda 2 sarı vərəqə alan Narsis ölkəmizdə oynadığı vaxtda böyük turnirə yollanan ilk futbolçu kimi tarixə düşüb. Ancaq Afrika Millətlər Kubokundan qayıdandan sonra “Muğan”ın əsas heyətində yerini itirən burkino-fasolu daha çox ehtiyatda qalırdı. O, həmin turnirdə iştirak etdiyi zamanı komandasının hazırlıq prosesinin əsas hissəsindən kənarda qalıb.
Mehman SÜLEYMANOV

0
0