Foqtsdan futbolçulara sürpriz: Qayıq sürməyə gedirik YENİLƏNİB
27.05.2010 - 20:52
Foqtsdan futbolçulara sürpriz: Qayıq sürməyə gedirik YENİLƏNİB
Azərbaycan yığması Moldova ilə Avstriyada keçirdiyi yoldaşlıq görüşündən sonra hazırlığına ara verməyib. Apasport.az saytının Avstriyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, milli komandamızın baş məşqçisi Berti Foqts bu gün məşqdə bütün futbolçuları yükləməyib. Alman çalışdırıcının sərəncamında əsasən moldovalılarla görüşdə ehtiyatda qalan və sonradan meydana çıxan futbolçular olub. Özü də yığmamız bugünkü məşqini iyunun 2-də Hondurasla görüşəcəyi Sel-am-Zi şəhərinin stadionunda keçirib.

Axşam məşqi zamanı isə futbolçular sürprizlə üzləşiblər. Belə ki, Foqts komanda üzvlərinin axşam gəzintisinə çıxmasına şərait yaradıb. Öncə futbolçuların şəhərə alış-verişə aparılacağı bildirilsə də, bu xəbər təsdiqlənməyib. Komanda üzvləri məskunlaşdığı otelin yaxınlığında meşəni gəzməklə yanaşı, qayıq da sürüblər.