Vaqif Cavadovun evlənəcəyi tarix açıqlandı
27.05.2010 - 23:04
“Vaqifin 21 yaşı mayın 21-də tamam oldu. Oğlum milli komandanın tərkibində Avstriyada təlim-məşq toplanışında olduğuna görə, ad gününü birgə keçirə bilmədik. Amma ötən il 20 yaşını Bakıda birgə təmtəraqla qeyd etmişdik. Vaqif bu həyatı seçib. İdmançı vaxtının böyük hissəsini ailəsindən ayrı keçirməyə məhkumdur. İnanıram ki, Vaqif əziyyətinin bəhrəsini görəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Hollandiyanın "Tvente" klubunun və Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun atası, veteran futbolçu Füzuli Cavadov deyib.
Füzuli Cavadov oğlu il bağlı planlarından danışıb. O, Vaqifi ən tez 24 yaşında evləndirəcəyini bildirib: “Qismət Allah tərəfindən yazılır. Bizim bunu dəyişməyə səlahiyyətimiz yoxdur. Vaqifin hazırda 21 yaşı var. Məncə, hələ evlənməsi tezdir. Adətən, qız uşağının tez ailə həyatı qurmasını istəyirik. Oğlan üçün 24-25 yaşında evlənməsi yaxşıdır. İnşallah, Vaqifi 3-4 ildən sonra evləndirəcəyəm. Vaqifin timsalında bütün Azərbaycan gənclərinə ailə səadəti, xoşbəxtlik diləyirəm".

0
0