Emin İmaməliyev milli komandaya qayıtmaq istəyir
27.05.2010 - 23:22
"Çempionat başa çatsa da, istirahət etmək üçün vaxtımız az olur. Bəzi oyunçularla bir araya gəlib formamızı qaydasında saxlamaq üçün məşq edirik". Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın "Qarabağ" klubunun futbolçusu Emin İmaməliyev deyib.
Azərbaycan yığmasının sabiq üzvü "Qarabağ"ın Avropa Liqasındakı perspektivini dəyərləndirib. Onun fikrincə, komandası Azərbaycanın adını Avropa meydanlarına yenə layiqincə təmsil edəcək: "Əlbəttə, Azərbaycan çempionatında daha yüksək əyarlı medal qazanmaq istərdik. Amma hər şey qismətdən asılıdır. Avropa meydanlarına vəsiqə verən yerlərdən birini tutmağın özü də uğurdur. Ötən il zədəli olduğuma görə, Avropa Liqasının oyunlarında az çıxış etdim. İnşallah, bu il həmin hadisə baş verməz. Təbii ki, ötən il 2 mərhələ keçməklə alqış qazandıq. İstəyərik ki, nəticələri daha da yaxşılaşdıraq. Ən azından ötənilki uğuru təkrarlamaq üçün çalışmalıyıq".
İmaməliyev avrokubok oyunlarının daha ağır keçəcəyini düşünür: "Çünki biz ötən il iki mərhələni dəf etmişik. Yəni azarkeşlər bizdən daha yaxşı nəticə tələb etməkdə haqlıdırlar. Onların ümidlərini doğrultmaq üçün əlimizdən gələni edəcəyik".
Futbolçu son vaxtlar əsas yığmadan kənarda qalmasına da münasibət bildirib: "Əlbəttə, bu məni narahat edən məsələlərdən biridir. İnanıram ki, vəziyyət uzun müddət belə davam etməyəcək".
Qeyd edək ki, Emin İmaməliyev Azərbaycanda "Qarabağ"dan başqa, "Şəfa", "Bakı" və "İnter" klublarının uğurları üçün çalışıb.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0