“Mən oynadığım futbol başqadır, Mircavadov istədiyi başqa”
27.05.2010 - 23:44
“Xəzər-Lənkəran” klubunun yollarını ayıran futbolçusu Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi
- “Xəzər-Lənkəran” klubu sizinlə də əməkdaşlığa son qoymaqla bağlı qərar çıxarıb. Bunu necə qarşıladınız?
- Klubla müqaviləm var idi. Yəni anlaşma “1+1” şərti ilə idi. Danışığımız belə olmuşdu ki, istəsəm, qala bilərəm. Ancaq mən bunu istəmədim. Oynamıramsa, getməliyəm də. Baş məşqçi məni bugünkü gün oynatmırsa, orda qalmağımın əhəmiyyəti yoxdur axı.
- Artıq xeyli müddət ehtiyatda qalsanız da, indi getməyə qərar verdiniz. Bu, “Xəzər-Lənkəran”la müqavilənizin olması ilə bağlı idi?
- Bəli. Əslində indi də müqaviləm var. Çünki “1+1” iki illik müqavilə sayılır. Müqaviləm olduğundan gedə bilmirdim. Gördüm ki, baş məşqçimiz Ağasəlim Mircavadov məni oynatmır. Həm də klubdan dedilər ki, oynamayacaqsan. Mən də dedim ki, baş məşqçi özü bilər, getməyim məsləhətdir. Qalmağımın mənası yoxdur. Çünki onlar məni oynatmayacaqdılar. Belədirsə, deməli, mən özüm getməliyəm. Mən də belə etdim. İndi danışığa gedəcəyik ki, transfer vərəqəmi versinlər, gedim başqa klubla müqavilə imzalayıb.
- Bunu almağınızda problem olmayacaq ki?
- İnanmıram ki, mənə problem yaratsınlar. “Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimov elə adam deyil ki, nəinki mənə, kiməsə problem yaratsın.
- Sizə niyə şans vermirdilər?
- Bunu Ağasəlim müəllimdən soruşmaq lazımdır. Məni oynatmırsa, bu, onun şəxsi işidir. Ancaq mənim fikrimdə qalıram ki, komandada heç kimdən zəif deyiləm.
- Əvvəl də gedə bilərdiniz. Ancaq belə başa düşdüm ki, ümidi itirmədiyinizdən qalırdınız?
- Dedim ki, bəlkə bu il oynayaram. Ancaq gördüm ki, mümkün deyil. Bundan sonra yüz faiz oynamayacağamsa, getməyimin vaxtı gəlib.
- Ancaq qərarınız gec oldu. Daha əvvəl getsəydiniz, yaxşı olmazdı?
- Razıyam. Bir az gec oldu. Gərək keçən il gedəydim.
- Rəhbərlikdən, Ağasəlim Mircavadovdan incikliyiniz yoxdur ki?
- Rəhbərlikdən heç bir incikliyim yoxdur.
- Bəs Ağasəlim müəllimdən?
- Vallah, nə deyim. Onun fikri elə idi ki... Mircavadovdan incikliyim yoxdur. Sadəcə, məni oynatmadı da. Nə deyəcəyəm ona? O, baş məşqçidir. Hansısa legioner məndən iki baş güclü olsa, həmin dəqiqə futboldan uzaqlaşaram. İndi 31 yaşım var. Hiss etsəm ki, hansısa legioner məndən iki baş güclüdür, bu yaşımda futboldan gedərəm. Legioner məndən 2-3 baş güclü olmalıdır da. Yerli futbolçu ilə eyni səviyyədə oldusa, nə fərq oldu ki... Sadəcə, onun legioner olmağına üstünlük verirlər, nəticədə biz oynamırıq.
- İstənilən baş məşqçi, o cümlədən Mircavadov nəticə qazanmalı olduğundan güclü futbolçunu oynatmaqda maraqlıdır. Dediyiniz kimi, legionerlər sizinlə bərabər səviyyədədirlərsə, niyə onlara üstünlük verilir?
- Nə bilim, nə deyə bilərəm ki... Mən heç bir futbolçunu zəif saymıram. Bəlkə Mircavadov meydanda onun istədiyi funksiyanı yerinə yetirmədiyimə görə məni oynatmırdı.
- Hansı funksiyanı?
- Deyirlər ki, dala qayıtmaq, fiziki hazırlıq... Sonuncu komponenti mən başa düşmürəm. Düzdür, fiziki hazırlığım 90 dəqiqəlik deyil. Ancaq uduzanda heç olmasa sona 15-20 dəqiqə qalmış məni meydana buraxa bilərlər ki, nəticədə nəsə edə bilərəm. Hər dəqiqə hansısa fayda verə, dəqiq ötürmə verə bilərəm. Görəndə ki, belə gedişlə daha heç oynamayacağam, getməyə məcburam. Sizə bir söz deyim, futbolçunu qaldıran da məşqçidir, yerə salan da. Qələminizi qoyun qırağa, uzun müddət yazmayın, bir gün görəcəksiniz ki, paslanıb, yazmır. Futbolçu da elə bir şeydir. Oynamayanda istər-istəməz “oturacaq”, fiziki durumu da aşağı düşəcək, funksiyanı da yerinə yetirə bilməyəcək. Ancaq sizə deyim ki, hansısa kluba keçsəm, 4-5 oyun dalbadal oynasam, öz formamı, həmin funksiyanı bərpa edəcəyəm.
- Baş məşqçi ilə aranızda nəsə narazılıq yoxdur ki?
- Yox. İnanmıram ki, belə bir şey olsun. Mənimlə onun nə şəxsi qərəzçiliyi ola bilər ki? O, baş məşqçidir, mən futbolçu. Ola bilər ki, istədiyi funksiyanı yerinə yetirmədiyimdən məni oynatmayıb. Mən oynadığım futbol başqadır, Mircavadov istədiyi oyun başqa. Mənim xoşladığım odur ki, istədiyimiz, bacardığım futbolu oynayım. Mənə qıraqdan deyilən futbol mənə bir az çatmır. Çünki həmin funksiyanı yerinə yetirə bilmirəm, bacarmayacağamsa, onu məndən tələb etmək mümkün deyil. Nəyə qadirəm, odur. Bacardığımı məndən tələb et, ondan beş qat artığını verə bilərəm. Ancaq bacarmadığım şeyi edə bilmərəm. Mən həm arxaya qayıdıb topu rəqibdən almalıyam, həm də oyunu qurmalıyam – bunu istər-istəməz heç bir futbolçu edə bilməz.
- Ancaq razılaşın ki, hazırda müasir tələblər bambaşqadır...
- Bütün hər yerdə hər bir futbolunun öz funksiyası var. Mənim funksiyam ortada zonanı bağlayıb, oyunu qurmaqdır. Gəlib müdafiədən topu almamalıyam ki... Funksiyanı yerinə yetirməyə 50-60 dəqiqə gücüm var idi. Məndən istifadə etmək olardı. Kim nə deyir-desin, mən öz fikrimi deyirəm. İstifadə etmədilər, məşqçi belə məsləhət bildi. Mən peşəkar futbolçuyam. Meydana buraxsa, oynayacağam, buraxmasa yox.
- İstənilən halda, futbolçu baş məşqçinin tələb və tapşırıqlarını yerinə yetirməlidir...
- Düzdür. Ancaq elə oyun var ki, mən meydana çıxıb, əsasən uduzduğumuz görüşlərdə komandama kömək edə bilərəm axı. Mən “Xəzər-Lənkəran”da bir il oynadım, ancaq sonrakı ikisində yox. Bunun səbəbini indiyə kimi bilmirəm. Niyə oynamadığımdan baş aça bilmirəm, bunu özüm üçün dəqiqləşdirə bilmədim. Deyim ki, zəif idim, yox. Bundan qabaq da zəif idim, ehtiyatda oturdum, oturdum, belə passivləşdim. Ancaq hansı kluba getsəm, 4-5 oyundan sonra formamı bərpa edəcəyəm.
- Onu da nəzərə alaq ki, sizi çempion, lideri, kapitanı olduğunuz “Bakı”dan 2007-ci ilin qışında “Xəzər-Lənkəran”a elə Mircavadov transfer etmişdi. Həmin mövsümdə “qızıl dubl” etdiniz, baş məşqçi sizə şans verdi. Sonra nə oldu ki, vəziyyət dəyişdi, Mircavadov sizə güvənmədi?
- Niyə belə olduğundan indiyə kimi başım çıxmır.
- Maraqlıdır ki, Mircavadov komandada lider ola, komandasını arxasınca daşıya bilən yerli futbolçuya ehtiyac duyduğunu bildirir. Ancaq əlinin altında beləsi olmadığından gileylənir...
- Bu, Ağasəlim müəllimin fikridir, nə deyim... O, baş məşqçidir, oynatmır, yenə özü bilər. Bəlkə onun istədiyi tapşırığı yerinə yetirə bilməmişəm.
- Son illərdə şəxsi planda da problemləriniz oldu, ailənizdə ardıcıl faciələr baş verdi. Sözsüz ki, bu da sizə ilk növbədə psixoloji planda təsir göstərdi...
- Psixoloji baxımdan problemlərim olan zaman məni qaldırmaq lazım idi, amma qaldıran olmadı. Məni o vəziyyətdə dartıb oynatmaq lazım idi. Lakin bunu etmədilər. Mənim yerimə başqası olsaydı, futbolu qurtarardı, oynamazdı, atardı futbolu. Mənə heç kim kömək eləmədi. Yenə deyirəm ki, Ceyhun Sultanov təzədən qayıdacaq, geci-tezi var. Hansısa kluba keçəcəyəm, güclü olduğumu sübut edəcəyəm.
- Yəni son 2 ildə kölgədə olan Ceyhun Sultanovu hesabdan silmək hələ tezdir...
- Bəli. Mən 2004-cü ildə əməliyyat olundum, “Bakı”ya gəldim, əsas heyətdə oynamadım ki. Bir il zədə üzündən ehtiyatda oturdum, mənə inandılar, yavaş-yavaş meydana buraxdılar, formamı yığdım. Futbolçu üçün oynamaq lazımdır. Mən də “Bakı”da axırda oynadım. Ola bilər ki, yeni klubu 2-3 oyun pis oynaya bilərəm, ancaq sonradan yaxşı olacaq. Çünki özümə inanıram ki, istədiyim oyunu oynayacağam.
- Hansı kluba keçəcəksəniz? Variantlar varmı?
- Bunu “Xəzər-Lənkəran”dan tam ayrılandan sonra deyəcəyəm.
- Belə çıxır ki, artıq hansısa klubla ilkin razılığınız var?
- İndidən bu haqda heç nə demək istəmirəm. “Xəzər-Lənkəran”dan transfer vərəqəmi alım, bundan sonra hara gedəcəyimi deyəcəyəm.
- Belə çıxır ki, son iki ildə daha çox ehtiyatda qalsanız da, sizə ehtiyacı olan klub var?
- Əlbəttə. Bilirəm ki, hansısa kluba getsəm, oynayacağam. Sağ olsun, Lənkəran camaatı, həmişə mənə kömək olublar. Azarkeşlər həmişə, hətta oynamasam da mənə zəng edirlər. Soruşurlar ki, niyə oynamırsan? Mən da cavabında bunun səbəbini başa düşmədiyimi deyirəm. Hamısına “çox sağ ol” deyirəm, hamısından da razıyam. Onlarla heç bir problemim yoxdur.
- “Xəzər-Lənkəran” mövsümü yenə “qızıl dubl”la başa vurmağa çox yaxın olsa, sonda mükafatsız qaldınız. Bununla, keçmiş komandan “Bakı” ilə böyük müzakirələrə səbəb olan oyunlar haqda nə deyə bilərsiniz?
- Vallah, nə deyim. Bu, Allahın işidir, belə məsləhət imiş. Mən heç cür inana bilmədim ki, biz titul qazana, mükafatçı yer tuta bilmədik. Həyatımda, karyeramda ilk dəfə belə yüz faizli şans oldu. Qıraqda otura-otura özümə gələ bilmirdim ki, niyə mən bu oyunlarda oynamadım?
- “Bakı” “Xəzər-Lənkəran”la sonda hər üç həlledici görüşdə qalib gəldi. Bu, nəyin göstəricisi idi?
- “Bakı” taktiki planda çox güclü oynadı. Əsas nəticə idi, bunu da əldə etdi. Biz səhvi özümüzdə axtarmalıyıq.
- Yəqin ki, milli komandaya qayıtmağa da ümid edirsiniz. Milli komandamızın Moldova yığması ilə yoldaşlıq görüşü sizdə hansı təəssürat oyatdı?
- Yığmamızın oyunu pis deyil, artım var. Mən ümidimi itirmirəm, şansımı gözləyirəm. Bilirəm ki, hansı komandada əsasa heyətdə oynasam, yığmaya çağırılacağam. Əsas oynamaqdır. Oynamayan futbolçunu kimdir harasa çağıran?
Mehman SÜLEYMANOV

0
0