“Neftçi” Avropanın ən güclü 8 klubu arasında!
27.05.2010 - 21:25
İtaliyada təşkil olunan "Ciociaria World Cup-4" turnirində iştirak edən "Neftçi" qrupda sonuncu, eyni zamanda həlledici oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, həmyerlilərimiz "Bari"ni məğlubiyyətə uğradıb – 1:0.
Yeganə qolu italyanların qapısından oyunun ilk hissəsində Tural Adıgözəlov keçirib. "Bari"nin çətin duruma düşdüyünü görən yerli hakim komandamızın futbolçusu Ruslan Tağızadəyə qırmızı vərəqə göstərib. Bununla belə, "Neftçi" azlıqda qalmasına baxmayaraq, qələbə hesabını sonadək qoruyub saxlaya bilib. Yeniyetmələrimiz qalib gəldiyi üçün qrupun digər oyununda "Partizan"ın "Arpino"nu məğlub etməsinin serblər üçün heç bir əhəmiyyəti olmayıb.
Bununla da, "Neftçi" son iki turnirin qalibi "Partizan"ı və çempionatın favoritlərindən olan "Bari"ni geridə qoyaraq, 1/4 finala vəsiqə qazanıb. "Kiçik dünya çempionatı"nın 32 komandası arasında 8 ən güclüsündən biri olan Rüfət Quliyevin yetirmələri sabah 1/4 finalda hal-hazırda davam edən "Fiorentina" – MTK (Budapeşt) oyununun qalibi ilə qarşılaşacaq.
Mənbə: www.neftchifc.com

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0