AFFA-nın I vitse-prezidenti Avropa Şurasının iclasında iştirak edib
27.05.2010 - 21:38
Belqradda Avropa Şurasının İdman konvensiyasına qoşulan ölkələrin nümayəndələrinin iştirakı ilə seminar keçirilib. Apasport.az saytının xəbərinə görə, idman oyunlarında, xüsusilə futbol meydanlarında təhlükəsizlik qaydalarına əməl olunması mövzusunda keçirilən seminarda bu konvensiyaya qoşulan 31 ölkənin nümayəndəsi iştirak edib.
Tədbirdə stadionlarda təhlükəsizlik qaydalarının qorunması və buna əməl olunması ilə bağlı bir sıra məsələlər müzakirə olunub və müvafiq sənədlər hazırlanıb. Ölkəmizi bu tədbirdə AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Gənclər və İdman nazirliyinin əməkdaşı Emin Hacıyev təmsil edib.

0
0