Yığmamız Moldovada rəqib qədər qol vurdu və uduzdu
28.05.2010 - 09:52
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası moldovalı həmyaşıdları ilə keçirdiyi yoldaşlıq görüşündə uduzub. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin baş məşqçisi olduğu yığmamız Kişinyovda “Zimbru” stadionunda keçirilən oyunda 2:4 hesabı ilə yenilib. Moldovalılar fasiləyə böyük hesab fərqi ilə (3:0) yollanıb ki, qapımıza vurulan bu qolların biri Novruz Məmmədovun avtoqolu hesabına olub. Yığmamız oyunun sonunda 9 dəqiqə ərzində hesab arasında fərqi minimuma endirə bilib. Belə ki, 74-cü dəqiqədə Cavid İmamverdiyev, 83-cü dəqiqədə Şəhriyar Rəhimov topu rəqib qapısından keçirib. Ancaq komandamızın bundan artığına gücü çatmayıb və 89-cu dəqiqədə daha bir qol vuran moldovalılar oyunda son nöqtəni qoyublar.
Kişinyovdakı oyunu gənc futbolçuları izləmək məqsədilə ora yollanan “Qəbələ” klubunun baş məşqçisi Toni Adams da izləyib.
Qeyd edək ki, Azərbaycan və Moldovanın əsas yığmalarının bundan öncə Avstriyada keçirilən yoldaşlıq görüşü 1:1 hesabı ilə nəticələnmişdi.

0
0