Lippert gileyləndi: 6-7 real qol imkanımızdan istifadə edə bilmədik
28.05.2010 - 10:10
“Moldova ilə yoldaşlıq görüşündə bizim üçün nəticə vacib deyildi. Çünki Azərbaycanın gənclər yığmasının 9 oyunçusu əsas millinin heyətində toplanışdadır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) baş məşqçisi Bernard Lippert deyib. Moldovanın U-21-i ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündə 2:4 hesabı ilə uduzan Lippertin komandası azarkeşlərimizi məyus edib. Ancaq nəticəni önəmli hesab etməyən alman çalışdırıcı qol vəziyyətlərinin yararlana bilməməyimizdən gileylənib: “Bu qarşılaşmada yetirmələrimin Albaniya və Belarusla seçmə görüşlər ərəfəsindəki hazırlıq səviyyəsini yoxlamaq istəyirdim. Komandamızın birinci hissədəki oyunundan narazı qaldım. İkinci hissədə isə çox yaxşı oynadıq. 6-7 real qol imkanımız olsa da, ondan istifadə edə bilmədik”.
Mənbə: affa.az
Mənbə: affa.az
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0