Moldovalı baş məşqçi: Azərbaycan yığması bizə böyük problemlər yaşatdı
28.05.2010 - 10:26
“Azərbaycan yığması ilə yoldaşlıq görüşündə ilk növbədə nəticədən razıyam. Oyun baxımından isə yetirmələrimin ilk hissədəki çıxışı məni qane etdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moldovanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) baş məşqçisi Sergey Kirilov deyib. Azərbaycanın U-21-nə evdə qalib gəldikləri yoldaşlıq görüşündən sonra (4:2) fikir bildirən moldovalı çalışdırıcı ikinci hissədə daha yaxşı oynadığımızı bildirib: “İkinci hissədə oyun dəyişdi. Sonradan meydana buraxdığım futbolçular ümidləri doğrultmadılar və Azərbaycan komandası üstünlüyü ələ keçirərək yaxşı oynadı. Bu zaman biz böyük problemlər yaşadıq. Amma hər halda, qələbə qazana bildik”.
Qeyd edək ki, yığmamızı fasiləyə hesabda 3:0 irəlidə yollanan moldovalılara ikinci hissədə 9 dəqiqəyə 2 qol vurub.
Mənbə: affa.az
Qeyd edək ki, yığmamızı fasiləyə hesabda 3:0 irəlidə yollanan moldovalılara ikinci hissədə 9 dəqiqəyə 2 qol vurub.
Mənbə: affa.az
0
0