Milli çempionatımızın püşkü ilə bağlı yenilik olacaq
28.05.2010 - 10:58
XXIX Azərbaycan milli çempionatının püşkü ilə bağlı yenilik olacaq. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Unibank Premyer Liqasında yeni mövsümün püşkatma mərasimini iyunun 10-12-də keçirməyi planlaşdırdıqlarını bildirib. Məlum olduğu kimi, indiyə kimi milli çempionatımızın püşkü adətən iyulda atılıb. Ancaq bu dəfə həmin tədbiri daha tez keçirməkdə məqsəd klubların artıq iki ay öncədən təqvimlə tanış olmalarına, hazırlığını buna uyğun qurmalarına, hansı rəqiblərlə nə vaxt görüşəcəklərini tez bilmələrinə imkan yaratmaqdan ibarətdir.
Qeyd edək ki, növbəti çempionatımızın avqustun ilk günlərində startı verilməsi nəzərdə tutulub. Tarix püşkatmadan sonra tam dəqiqləşəcək. Milli komandamız avqustun 11-də Küveyt yığması ilə Bakıda yoldaşlıq görüşü keçirəcək. Bundan təxminən bir ay sonra isə AÇ-2012-nin seçmə mərhələ oyunlarının startı veriləcək. Əsasən yığma futbolçularının həmin vaxta kimi oyun praktikası qazanması üçün yeni çempionat tez başlanacaq.

0
0