Almaniyada Riberiyə heykəl qoyuldu - FOTO
28.05.2010 - 11:45
Fransa milli komandasının və Almaniyanın “Bavariya” klubunun futbolçusu Frank Riberiyə Münhen şəhərində heykəl qoyulub. Lent.az-ın “bigmir-sport”a istinadən verdiyi məlumata görə, heykəl şəhərin mərkəzində – müqəddəs Mariya meydanında qurulub.
Fransız legionerin abidəsi bürüncdən hazırlanıb. Riberi topa zərbə vurduğu an həkk edilib. Abidəyə futbolçunun formasında çıxış etdiyi “Nike” şirkəti sponsorluq edib.
Riberinin abidəsi Münhen üçün ən azı 5 il aktual olacaq. Xatırladaq ki, o, bir müddət öncə “Bavariya” ilə yeni 5 illik müqavilə imzalayıb. Riberi 2015-ci ilə kimi alman klubunda oynayacaq.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0