Toni Adamsdan növbəti qərar
28.05.2010 - 12:46
Toni Adamsdan növbəti qərar
"Qəbələ" daha bir futbolçusu ilə əməkdaşlığa son qoyub. Apasport.az saytının məlumatına görə, ingiltərəli yeni baş məşqçi Toni Adamsın növbəti qərarı legioner futbolçu ilə bağlı olub.

44 yaşlı mütəxəssis yarımmüdafiəçi Anatoli Ostapın xidmətində maraqlı olmadığını bildirib. Nəticədə rəhbərlik 31 yaşlı pleymeykerlə müqavilənin müddətini uzatmayıb.

Qeyd edək ki, Ostap 1,5 il müddətində "Qəbələ"nin formasını geyinib. İlk altı ayda əsas heyətdə mütəmadi oynayan Moldova yığmasının sabiq üzvü sonradan ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilib.

Ostap Adamsın "Qəbələ"nin baş məşqçisi postuna gəlməsindən sonra heyətdən uzaqlaşdırılan 3-cü əcnəbi olub. İngiltərəli mütəxəssis əvvəlcə Tomaş Stolpa və İqor Melniki sərəncamında görmək istəməyib.

Adams hazırda heyətdəki boşluqları doldurmaq işi ilə məşğuldur. Mütəxəssis bu məqsədlə Avropa turnesinə çıxıb.