Türkiyə yığmasının baş məşqçisi UEFA-nı tənqid edib
29.05.2010 - 02:30
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink 2016-cı il Avropa Çempionatını Fransaya verən UEFA-nı tənqid atəşinə tutub. Hiddink “UEFA həm futbolu inkişaf etdirmək istəyən ölkələrə Avropa Çempionatını vermək istədiyini bildirir, həm də daha öncə 2 dəfə Avropa Futbol Çempionatına, bir dəfə də Dünya Futbol Çempionatına ev sahibliyi etmiş Fransaya 2016-cı ili verir. 7 üzvün verdiyi qərar daha öncə UEFA-nın bəyan etdiyi strategiyası və fəlsəfəsinə ziddir” deyə bildirib.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0