İFFHS braziliyalılarla avropalıların fərqini üzə çıxardı
29.05.2010 - 09:54
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ildə baş tutan beynəlxalq oyunların ən məhsuldar futbolçularının siyahısını yeniləyib. Apasport.az saytının məlumatına görə, milli komandada və qitə kuboklarında üst-üstə ən azı 4 qol vuranların daxil olduğu cədvəldə 82 bombardir yer alıb.
Azərbaycan təmsilçilərinin olmadığı siyahıya braziliyalı futbolçular başçılıq edirlər. Vətənində “Kruzeyro”nun heyətində Cənubi Amerika miqyaslı turnirlərdə 9 qola imza atan Tyaqo Ribero Kardoso do Nasimento və Asiya qitə klub turnirlərində eyni sayda fərqlənən Cənubi Koreyada çıxış edən “Suvon Samsunq Vinqs”in hücumçusu Joze Roberto Rodriges Mota Junior bütün qollarını klublarında vurublar. Üçüncü pillədə qərarlaşan Flavio da Silva Amado vurduğu 8 qoldan 3-nü Anqola yığmasında, 5-ni isə Səudiyyə Ərəbistanının “Əl-Şəbəb” klubunda rəqib qapılarından keçirib.
Avropada çıxış edən futbolçulardan İFFHS-in siyahısında ən yüksək yeri İspaniyanın “Atletiko” klubunda çıxış edən uruqvaylı Dieqo Forlan tutub. Yığmada 2, Avropa Liqasında 6 top vuran hücumçu ümumi sıralamada 4-cü yerlə kifayətlənir. Ən məhsuldar avropalı isə Almaniyanın “Hamburq” klubunun xorvatiyalı futbolçusu Mladen Petriçdir. O, da Avropa Liqasında 6 qola imza atıb. Yığmada fərqlənməyən Mladen ümumi siyahıda 14-cü yerə şərikdir.

0
0