“Almaniyada bir ayda qazanacağımı Azərbaycanda 10 günə alıram”
29.05.2010 - 10:29
Azərbaycan milli komandasının məşqçisi Uli Ştayn ölkəmizdə çalışmasından məmnundur. Apasport.az saytının məlumatına görə, yığmamızda qapıçılarla çalışan 56 yaşlı mütəxəssis Almaniya mətbuatına müsahibə verib.
Almaniyalı çalışdırıcı Azərbaycanda işləməyinin həm mənəvi, həm də maddi tərəflərindən razıdır: “İstər İordaniya olsun, istər Əbu-Dabi, ya da Bəhreyn - vətəndən kənarda çalışmaqla bütün dünyanı tanıdım. İndi ilin 1/3-ni işləyirəm, digər 2/3-ni isə evimdə oluram. Lakin buna baxmayaraq, Almaniyada qapıçıların məşqçisi olacağım halda qazanacağım pulu alıram”.
Qeyd edək ki, Ştayn 1986-cı ildə keçirilən dünya çempionatının final mərhələsində AFR yığmasının üçüncü qapıçısı kimi gümüş medal qazanıb.

0
0