Azərbaycanla oyun Makedoniya üçün tarixi əhəmiyyət kəsb edir
29.05.2010 - 10:45
Bu gün keçiriləcək yoldaşlıq oyununda Azərbaycan milli komandasının rəqibi olacaq Makedoniya yığması üçün bu qarşılaşmanın xüsusi əhəmiyyəti olacaq. Apasport.az saytının məlumatına görə, balkanlıların baş məşqçisi Mirsad Yonuz keçirdiyi mətbuat konfransında görüşün tarixə düşəcəyini açıqlayıb.
48 yaşlı mütəxəssisi tarixi hadisənin gerçəkləşməsi naminə bir futbolçunun start heyətində meydana çıxacağını xeyli əvvəldən qətiləşdirib: “Azərbaycanla oyun təkcə Qotse Sedloski üçün deyil, bütün Makedoniya futbolu üçün əlamətdar olacaq. Çünki 36 yaşlı müdafiəçimiz futbolumuzun tarixinə düşəcək. Ona qədər heç kim yığmada 100 oyun keçirmədiyindən, Sedloski bu göstəriciyə çatan ilk makedoniyalı adını qazanacaq”.
Müqayisə üçün qeyd edək ki, Azərbaycan yığmasında ən çox oyun keçirən Aslan Kərimov 80 dəfə milli forma geyib.

0
0