“Muğan” daha bir futbolçu ilə müqaviləni uzadır
29.05.2010 - 15:35
“Muğan” daha bir futbolçu ilə müqaviləni uzadır
Salyanın "Muğan" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini artırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, "Muğan" yarımmüdafiəçisi Vüsal Hüseynovun xidmətində qarşıdakı bir ildə də maraqlıdır. Artıq futbolçu ilə rəhbərlik arasında bu barədə danışıq aparılıb. Hər iki tərəfin razılığına əsasən, yaxın günlərdə yeni müqavilənin imzalanmasına qərar verilib.

Qeyd edək ki, Vüsal Hüseynov Kemal Alispahiçin istəyi ilə bu kluba cəlb olunub. "Muğan" rəhbərliyi bundan öncə Elnur Abdullayev, Tagim Novruzov, Rəvi Rəhmanov, Fərrux İsmayılov və Amil Ağacanovla əməkdaşlığı davam etdirmək barədə qərar çıxarıb.