Sadıq Sadıqovdan dəstək gözləyən var
29.05.2010 - 16:23
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovla görüşmək istəyən var. Apasport.az saytının məlumatına görə, “Neftçi” Veteran Klubunun prezidenti Oqtay Abdullayev və daha bir neçə veteran oyunçu Sadıq Sadıqovun qəbulunda olmağa hazırlaşırlar.
Oqtay Abdullayevin saytımıza açıqlamasında bildirib ki, görüşdə əsas məqsəd kömək istəməkdir: "Məlumdur ki, biz SSRİ-nin veteranlardan ibarət yığmasını tez-tez Azərbaycana dəvət edirik. İndi biz özümüz səfərə çıxmaq istəyirik. Odur ki, dəstəyə ehtiyacımız var. Məsələ ilə bağlı Sadıq Sadıqovla görüşmüşəm. İnşallah, vaxtı olan kimi bizi çağıracaq və söhbət edəcəyik. İnanıram ki, Sadıq Sadıqov bizə yardım göstərəcək".
Veteran futbolçunun sözlərinə görə, bilik və bacarıqlarını “Neftçi” klubunun inkişafına həsr edəcəklər: "İsgəndər Cavadov, Maşallah Əhmədov, Ələkbər Məmmədov mən və digər veteranlar "Neftçi" klubunun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq".
Qeyd edək ki, "Neftçi" veteranları son görüşünü SSRİ yığmasına qarşı keçirib. Vəli Qasımovun het-trik etdiyi oyun 3:3 hesabı ilə başa çatıb.

0
0