Alman klubunun meneceri yığmamızın futbolçusu ilə maraqlanır
29.05.2010 - 15:05
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək. apasport.az saytının xəbərinə görə, Bişofshofen şəhərində baş tutacaq qarşılaşmanı almaniyalı menecerlər də izləyəcək. Onlar arasında Düsseldorfun “Fortuna” klubunun nümayəndəsi Volf Verner də var. Verner milli komandamızın futbolçularını izləmək üçün Avstriya yollanıb.
Əldə etdiyimiz məlumata görə, alman menecerin maraq dairəsinə düşən futbolçu “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovdur. “Fortuna”ya dayaq yarımmüdafiəçisi lazım olduğundan, Berti Foqts Moldova ilə 3 gün əvvəlki qarşılaşmada gənc futbolçunu məhz bu mövqedə sınamışdı.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0