Stanislav Çerçesovla Belçika yığmasının nümayəndəsi yığmamıza qiymət verəcək
29.05.2010 - 20:25
Azərbaycan milli komandasının Makedoniya yığması ilə Avstriyadakı yoldaşlıq görüşünü tanınmış rusiyalı məşqçi Stanislav Çerçesov da izləyəcək. Apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Moskvanın “Spartak” klubunun sabiq çalışdırıcısı oyun keçirilən stadiona gəlib.
Uzun illərdir Avstriyada yaşayan, futbolçu karyerasının böyük hissəsini bu ölkədə keçirən Çerçesov bir müddət öncə milli komandamızın baş məşqçi postuna namizəd sayılırdı. 46 yaşlı veteran qapıçı çalışdırmağa hazır olduğu yığmamıza qiymət verəcək.
Milli komandamızla AÇ-2012-də bir qrupda yer alan Belçika millisinin nümayəndəsi də stadiona yer alıb. Rəqib yığmanın skautu futbolçularımızın meydanda nəyə qadir olduğuna şahidlik edərək, öz qeydlərini aparacaq. Avstriyada futbolçu seçən “Neftçi” və “Olimpik-Şüvəlan” klubunun nümayəndələri eyni zamanda milli komandamıza dəstək verəcək. Konkret olaraq “Neftçi”nin baş məşqçisi Arif Əsədov maraqlandıqları makedoniyalı yığma futbolçularının oyununu izləyəcək.
Qeyd edək ki, ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılov oyunu ailəsi ilə birgə izləməyə gəlib.

0
0