Mirsad Yonuz: 3 qol vursaq da, Azərbaycan yığması zəif rəqib deyil
30.05.2010 - 00:19
Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz milli komandamızla görüşdən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Yonuz 3:1 hesabı ilə qələbə qazanmasına baxmayaraq, komandamızı zəif adlandırmayıb: “Rəqiblə müqayisədə bu gün bizim futbolçular daha yaxşı oynadı. 3 qol vurub qələbə qazandıq. Amma bu o demək deyil ki, rəqib zəif idi. Azərbaycan yığmasının da qol vurmaq üçün şansı oldu”.
0
0