“İnanıram ki, “Neftçi” əvvəlki şöhrətini qaytaracaq”
30.05.2010 - 00:53
Hazırda Avstriyada olan “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov və Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu keçmiş futbolçu və məşqçi Stanislav Çerçesovla görüşüblər. Apasport.az saytının xəbərinə görə, “Spartak” (Moskva) və “Tirol”un (Avstriya) sabiq baş məşqçisi həmyerlilərimizlə görüşdə paytaxt klubunun gələcəyindən də danışıb: “Neftçi”nin yeni rəhbərliyə tapşırılmasından xəbərdaram. İnanıram ki, yeni prezidentin dəstəyi və Sovet futbolunun yetirməsi olan Arif Əsədovun bacarığı sayəsində “Neftçi” tezliklə əvvəlki şöhrətini qaytaracaq. Son illər Azərbaycan futbolundakı irəliləyiş hiss olunur. Açığı, mənə oradan bir neçə dəfə təkliflər gəlib. Bu təklifləri müsbət cavablandırmasam da, gələcəkdə Azərbaycanda çalışmağım istisna deyil”.
Qeyd edək ki, Arif Əsədovla Elnur Əşrəfoğlu Avstriyada keçirilən Azərbaycan – Makedoniya matçını canlı izləyiblər.
Mənbə: neftchifc.com
Qeyd edək ki, Arif Əsədovla Elnur Əşrəfoğlu Avstriyada keçirilən Azərbaycan – Makedoniya matçını canlı izləyiblər.
Mənbə: neftchifc.com
0
0