Fabio Luis Ramim: “Bakı”dan ayrılmaq fikrim yoxdur
30.05.2010 - 02:33
“Türk klubuna keçəcəyim barədə yayılan xəbərlər əsassızdır. Burda özümü xoşbəxt hiss edirəm və “Orduspor”a keçmək fikrim yoxdur”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun futbolçusu Fabio Luis Ramim deyib.
Türkiyə mətbuatında braziliyalı futbolçunun I dəstə təmsilçisi “Orduspor” klubuna keçəcəyi barədə xəbərlər yer alıb. Bunu təkzib edən Ramimin fikrincə, hansısa klubla ilkin razılığa gəlməyib.
Milli komandamızın Makedoniya ilə oyununa gəlincə, Ramim bildirib ki, qarşılaşma heç də asan keçməyib: “Fikirləşməyin ki, asan oyun oldu. Makedoniya yığması yaxşı komandadır, heyətində güclü futbolçular var. Start heyətində meydana çıxmamağımın səbəbini baş məşqçidən soruşmaq lazımdır. Yəqin ki, o mənim zədədən sonra tam hazır olmadığımı düşünüb”.
Mənbə: extratime.az

0
0