“Komandam sübut etdi ki, məni sıradan silmək çox tezdir”
30.05.2010 - 03:01
“Mənə səs verənlərin hər birinə təşəkkür edirəm. Bu bir tərəfdən gözlənilməz olsa da, komandamızın sonda uğurlu çıxışı diqqətəlayiq idi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun futbolçusu Georgi Adamiya deyib.
Peşəkar Futbol Liqası (PFL) və Unibank Kommersiya Bankının keçirdiyi sorğuda aprel ayının ən yaxşı futbolçusu seçilən gürcüstanlı hücumçu qalib seçilməsi ilə bağlı fikirlərini açıqlayıb: “Qarabağ”a tez bir zamanda uyğunlaşmağımda komandada əla kollektivin olması böyük rol oynadı. Komandamız sübut etdi ki, məni sıradan silmək çox tezdir. Bütün oyundaşlarıma mənə verdikləri dəstəyə görə təşəkkür edirəm. İnşallah, gələn mövsüm bu il son anda əldən qaçırdığımız çempionluğa qovuşarıq. İlk növbədə isə avrokuboklar gəlir. Ötən il “Qaraba”ın Avroliqada möhtəşəm uğuru böyük sevinc yaratmışdı. İnanıram ki, bu il də azarkeşlərimizi ən azı ötən mövsüm olduğu qədər sevindirəcəyik”.

0
0