Berti Foqtsun beşinci kəşfi
30.05.2010 - 12:31
Berti Foqtsun beşinci kəşfi
Azərbaycan milli komandasının Makedoniya yığması ilə Avstriyada keçirdiyi yoxlama oyunu daha bir futbolçunun debütü ilə əlamətdar olub. Qol.Az-ın məlumatına görə, “Neftçi”nin gənc üzvü Amit Quluzadə karyerasında ilk dəfə millinin matçının iştirakçısına çevrilib. Bununla da ilk rəsmi matçını 1992-ci ildə keçirən yığmanın 18 illik tarixində şərəfini qorumuş futbolçuların ümumi sayı 164-ə çatıb.

Qeyd edək ki, Amit bu il yığmadakı ilk matçını keçirən 5-ci futbolçudur. Berti Foqts ilin arxada qalan hissəsində Fərid Quliyev, Rauf Əliyev, Əfran İsmayılov və bundan əvvəlki Moldova ilə oyunda da Vurğun Hüseynova debüt şansı vermişdi.