Rəşad Sadıqov: İkinci qoldan sonra komanda “sındı”
30.05.2010 - 17:19
“Rəqibi zəif saymaq olmaz. FİFA-nın reytinq siyahısında bizdən çox irəlidədir”. Bu sözləri Makedoniya ilə yoldaşlıq görüşündən (1:3) sonra apasport.az saytının Avstriyaya ezam olunan müxbiri ilə söhbətində Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
Yığmamızın futbolçusu bildirib ki, rəqibə heç də asanlıqla uduzmaq istəmirdilər: “Biz meydana nəticə qazanmaq üçün çıxmışdıq. Rəqib əlinə düşən fürsətdən istifadə etdi. Amma biz yaratdığımız qol imkanlarından yararlana bilmədik. Bu isə sonda nəticəyə təsir etdi. Makedoniya hesabı açdıqdan sonra biz oyunu bərabərləşdirdik. Ancaq ikinci qolu buraxdıqdan sonra komandamız sındı. Hakimliyə gəlincə, özünüz də gördünüz ki, bizim əleyhimizə bir neçə dəfə qərar verdi”.
Sadıqov Makedoniya ilə oyunda müdafiənin mərkəzində deyil, dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. Onun fikrincə, əvvəlki mövqeyində oynamaq daha yaxşıdır: “Yeni mövqedə oynasam da, özümü normal hiss etdim. Görüşdən qabaq baş məşqçi Berti Foqts mənə dedi ki, dayaq yarımmüdafiəçisi mövqeyində oyna. Mən də məşqçinin tapşırığını yerinə yetirdim. Amma mənim üçün illərdir çıxış etdiyim müdafiənin mərkəzi daha rahatdır”.
Makedoniya ilə qarşılaşmanı bir çox menecerlər də izlədi ki, onlar arasında Almaniyanın “Fortuna” klubunun nümayəndəsi də var idi. O, komandası üçün mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi axtarışına çıxıb. Sadıqov bu komandaya keçmək şansını belə dəyərləndirib: “Təklif olsun ki, bu barədə danışaq. Olmayan şey haqda fikir bildirmək düzgün deyil”.

0
0