“Bizimlə müqayisədə Makedoniya yığması qələbə qazanmağa daha həvəsli idi”
30.05.2010 - 18:05
“Bu rəqib komandanın ilk oyunu olsa da, biz 3 gün öncə Moldova ilə qarşılaşmışdıq. Bu səbəbdən, az da olsa bizdə yorğunluq var idi”. Bu sözləri Makedoniya ilə yoldaşlıq oyunundan sonra apasport.az saytının Avstriyaya ezam olunan müxbiri ilə söhbətində Azərbaycan yığmasının futbolçusu Rauf Əliyev deyib.
Milli komandamız Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirdi. İlk oyunda Moldova ilə heç-heçə (1:1) oynayan yığmamız ardından Makedoniyaya 1:3 hesabı ilə məğlub oldu. Əliyevin fikrincə, uduzmağımızın səbəbi yorğunluqla bağlıdır: Bizdən fərqli, bu Makedoniyanın ilk oyunu idi. Buna görə də, onlar meydana daha həvəslə çıxmışdılar. Həm də onlar qələbə qazanmağa daha istəkli görünürdülər. Elə bunun da sayəsində qələbə qazandılar”.

0
0