Cüneyt Biçər “Fənərbaxça”nın prezidentidən inciyib
31.05.2010 - 09:44
“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım Azərbaycan kubokunun finalındakı oyunumuzu izlədi. O, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun dəvəti ilə matçı izləmək üçün Bakıya gəlmişdi. Biz hesabda 2:0 irəli olarkən Yıldırım stadionu tərk etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.
Türkiyə mətbuatına müsahibə verən 35 yaşlı mütəxəssis Azərbaycan kubokunun “Xəzər-Lənkəran”la oyunundakı hisslərini açıqlayıb. Biçər “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımdan narazılığını da gizlətməyib: “Cənab Əziz Yıldırım orada Mənsimovun dəvətlisi olsa da, qarşılaşma başlamamış soyunub-geyinmə otağımıza gəlib mənə uğurlar arzulaya bilərdi. Axı Azərbaycanda Türkiyəni təmsil edirdim. Amma o ankı vəziyyəti də dəqiq bilmirəm. Bəlkə də vacib işi çıxdığından stadionu tərk edib. Ya da mənim haqqımda ona məlumat verməyiblərmiş. Hər halda, insan belə jest gözləyir”.
Qeyd edək ki, mayın 23-də keçirilən final matçında “Bakı” “Xəzər-Lənkəran”ı 2:1 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə ölkə kubokunun sahibi olub.

0
0