“Bakı”nın baş məşqçisi: Mən ona borcluyam
31.05.2010 - 10:47
“Bakı”nın baş məşqçisi Cüneyt Biçər Türkiyə mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, qonşu ölkədən olan həmkarlarımız Azərbaycan kubokunu qazanan 35 yaşlı mütəxəssisin bu uğurunu unuda bilmir.
Türkiyə mətbuatı Biçərin Azərbaycan futbolunda tarix yazmasına da biganə qalmayıb. Elə mütəxəssisin özü də imza atdığı ilkdən məmnundur: “Kuboka sahib olmağımızın ən gözəl tərəflərindən biri də ilkə imza atmağım, ölkə kubokunu qazanan ilk əcnəbi məşqçi olmağımdır. Bu gün Azərbaycanda türk futbolundan danışılırsa, buna görə sevinməliyik. Bütün uğurlarıma görə mənə bu sahədə yol göstərən Ercan Ertemçözə borcluyam”.
Qeyd edək ki, 2004-cü ildə futbolçu karyerasını bitirib ticarətlə məşğul olan Biçərin futbola qayıdışında məhz Ertemçozün xidməti olub. Həmin vaxt “Pazarspor”u çalışdıran mütəxəssis veteran futbolçunu məşqçi kimi yanında çalışmağa dəvət edib.

0
0