Apasport.az-ın xəbəri təsdiqləndi: İvan Svetkov da qovuldu
31.05.2010 - 10:54
“Xəzər-Lənkəran” klubu daha bir legionerini qovub. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Ağasəlim Mircavadov narazı qaldığı bolqar hücumçu İvan Svetkovla da yollarını ayırması rəsmiləşib.
2008-ci ilin yayında Rasim Kara baş məşqçi olan zamanı Türkiyə Superliqa təmsilçisi “Sivasspor” klubundan transfer olunan Svetkov ötən mövsüm rəqibləri üçün kabusa çevrildi və azarkeşləri tərəfindən “qorxunc” ləqəbi aldı. Ancaq həmin çempionatda vurduğu 15 qolla bombardirlər yarışında yalnız uruqvaylı Valter Quqlemona uduzan həm mövsümün ən yaxşı hücumçusu, həm də futbolçusu seçilən, PFL tərəfindən mükafatlanan İvan cari mövsümdə zəif təsir bağışladı. Cəmi 6 qol, onun da çoxunu penalti zərbəsindən vuran bolqar hücumçu mövsümün sonunda ehtiyata düşdü. Bununla da Svetkov çexiyalı Tomaş İneman, estoniyalı Tixon Şişov, moldovalı Denis Kalinkov, habelə Ceyhun Sultanov, Ramazan Abbasov kimi “Xəzər-Lənkəran”dan kənarlaşdırılan futbolçular sırasında yer aldı.
Qeyd edək ki, saytımız Lənkəran klubunda “təmizləmə əməliyyatı” başlayan zaman Svetkovun da gedənlər arasında olacağını xəbər vermişdi.

0
0