Çempionatımızda oynamış ulduz futbolçu xalq artisti ilə duet oxudu - FOTO
31.05.2010 - 11:33
Bakının “İnter” klubunun sabiq futbolçusu Sergey Konovalov özünü yeni ampluada sınayıb. Apasport.az saytının məlumatına görə, 2005/06 mövsümünü Azərbaycanda keçirən ukraynalı veteran vətənində keçirilən tədbirdə müğənnilik bacarığını nümayiş etdirib.
Çernovtsı şəhərinin “Bukovina” klubunun I dəstəyə çıxmasına həsr olunan mərasimin konsert hissəsi zamanı Konovalov Ukraynanın xalq artisti İvo Bobul ilə duet oxuyub. Özü də bu duet qeyri-adi yaranıb. 38 yaşlı sabiq futbolçunun ifasından cuşa gələn Bobul səhnəyə çıxaraq Sergeylə oxumağa qərar verib. Konovalovun ifaçılıq bacarığını möcüzəvi adlandıran xalq artisti tədbirdə gördüklərindən məmnun qalıb. Futbolçu isə Bobula qədər məşhur müğənni Qriqori İqor Lepslə də duet oxuduğunu bildirib.
Qeyd edək ki, Ukrayna yığmasında 22 oyuna 3 qol vuran Konovalov uzun illər çıxış etdiyi Kiyev “Dinamo”sunda 5 dəfə ölkə çempionu, 3 dəfə ölkə kubokunun qalibi olub.

0
0