Dik Advokat: Azərbaycan yığmasının oyunlarını izləmişəm
31.05.2010 - 11:42
Azərbaycan yığmasının Makedoniya millisi ilə keçirdiyi yoldaşlıq görüşünü Rusiya yığmasının məşqçisi Aleksandr Borodyuk izləyib. Apasport.az saytının məlumatına görə, qonşu ölkənin yığmasının baş məşqçisi Dik Advokat Avstriyada 1:3 hesabı ilə uduzduğumuz oyun haqda köməkçisindən məlumat alıb.
Məlum olduğu kimi, ruslar AÇ-2012-də Makedoniya yığması ilə bir qrupa düşüb. İrlandiyada yerli yığmanın DÇ-2010-un iştirakçısı olan Əlcəzairlə yoldaşlıq görüşünü izləyən Advokat yaxınlarda şimal qonşularımızla əməkdaşlığını rəsmiləşdirəndən sonra qollarını çırmalayıb: “Təbii ki, qrupumuzdakı rəqiblərin bu günlərdə keçirdiyi yoldaşlıq görüşləri diqqətimizdən yayınmayıb. Mənim və köməkçilərim üçün AÇ-2012 artıq başlayıb. Aleksandr Borodyuk ötən şənbə Slovakiya - Kamerun və Makedoniya - Azərbaycan görüşlərində olub. Bu oyunlar Avstriyada keçirilib. Bizim skautlarımız gələn həftə də rəqiblərimizin yoxlama oyunlarında olacaq. Mən öz növbəmdə Rusiya yığmasının DÇ-2010-nun seçmə mərhələsində bütün görüşlərini izləmişəm. İyunda isə CAR-a Slovakiyanın qrup mərhələsində oyunlarını izləməyə gedəcəyəm”.
Qeyd edək ki, milli komandamız DÇ-2010-da Rusiya yığmasına səfərdə uduzub (0:2), evdə heç-heçə (1:1) edib.

0
0