Elnur Allahverdiyevlə Rauf Əliyev “Fortuna”nın maraq dairəsində
31.05.2010 - 12:42
Ağdamın “Qarabağ” klubunun futbolçuları Elnur Allahverdiyev və Rauf Əliyev karyeralarını Almaniya bundesliqasında davam etdirə bilərlər.
Apasport.az saytının məlumatına görə, hər iki oyunçu milli komandamızın heyətində Avstriyada keçirdiyi yoldaşlıq görüşlərində ikinci bundesliqa təmsilçisi “Fortuna”nın maraq dairəsinə düşüb. Məhz yığmamızın oyunlarını izləmək məqsədilə Avstriyaya gələn Düsseldorf klubunun meneceri Volf Verner Moldova və Makedoniya ilə oyunlarımızdan sonra müəyyən qənaətə gəlib: “Azərbaycan yığmasının bütün üzvləri futbol oynaya bilir. Bu millidə maraqlı futbolçular da var. Onların sol cinah müdafiəçisi ilə gənc hücumçusunu xüsusi qeyd edə bilərdim. Onların oyunu mənim marağıma səbəb oldu. Ümumilikdə Berti Foqtsun baş məşqçisi olduğu komanda taktiki cəhətdən çox güclü təsir bağışladı”.
Təbii ki, Verner futbolçularımızı tanımadığından, konkret ad çəkməyib. Ancaq onun təriflədiyi futbolçuların Allahverdiyevlə Əliyev olduğunu deyə bilərik. Çünki yığmamızın sol cinah müdafiəçisi Elnurdur. Cəmi 22 yaşı olan Rauf isə Makedoniya ilə görüşdə 90 dəqiqə mərkəz hücumçusu mövqeyində fəallığı ilə diqqət çəkib. Düzdür, ötən çempionatın bombardiri olan Fərid Quliyev də hücumçumuz olsa da, makedoniyalılarla görüşdə yarımmüdafiənin sol cinahında yer alaraq artıq fasilədə əvəzlənib.
Qeyd edək ki, Verner artıq ikinci dəfədir Almaniya mətbuatına açıqlamasında Avstriya səfərinin yığmamızla bağlı olduğunu desə də, həmyerlisi Foqts bunu təkzib edir. Yığmamızın çalışdırıcısı Almaniya mətbuatında yazılanları düzgün saymayaraq “Fortuna” rəsmisinin səfərinin istirahət xarakterli olduğunu iddia edir.

0
0