“Xəzər-Lənkəran” Avstriyaya əvəzedici futbolçularla gedəcək
31.05.2010 - 13:01
“Xəzər-Lənkəran” klubu Avstriyaya əvəzedici komandasından futbolçular aparacaq. Apasport.az saytının məlumatına görə, əvəzedici heyətdə çıxış edən Amid Hüseynov, Kazım Kazımlı, Orxan Sadıxlı və Fikrət Ulduzlu cəlb olunacağı əsas komandanın heyətində bu ölkəyə təlim-məşq toplanışına aparılacaq.
“Xəzər-Lənkəran” Avroliqanın 1-ci təsnifat mərhələsində çıxış edəcəyindən, ilk oyununu iyulun 1-də keçirməlidir. Bu səbəbdən yeni mövsümə hazırlığa erkən başlamağa qərar verən lənkəranlılar bir həftə sonra Bakıda yığışacaq. Ağasəlim Mircavadovun rəhbərlik etdiyi məşqçilər korpusunun tərtib etdiyi plana əsasən görə, iki gün ərzində tibbi müayinədən keçəcək futbolçular ardından fiziki test normativləri verəcək.
İyunun 10-da isə “Xəzər-Lənkəran” Avstriyaya 15 günlük təlim-məşq toplanışına yollanacaq. Lənkəran klubu iyunun 21-də keçiriləcək püşkatmanın nəticəsindən asılı olmayaraq 25-də geri qayıdacaq və hazırlığın son hissəni vətəndə keçirəcək.
Qeyd edək ki, Amidlə Kazım əvvəllər “Xəzər-Lənkəran”ın əsas komandasına cəlb olunub.

0
0