“Mənim qol vurmağım, hücumçuların zəif olması demək deyil”
01.06.2010 - 15:25
Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədovun apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Milli komandanın Avstriyada keçirdiyi yoldaşlıq görüşlərində hər iki qolun müəllifi oldunuz...
- İlk oyunda bəxtim gətirdi. İkinci oyunda isə komanda yoldaşım Fabio Luis Ramimin əməyi çox oldu. O, rəqibə pressinq tətbiq etdi. Və topu ələ keçirib qol vurdum. Bu yarımmüdafiəçi üçün normal haldır.
- Millidə 6 qolunuz var. “Qarabağ” klubunda baş məşqçiniz olan Qurban Qurbanova çatmaq fikriniz varmı?
- Əlbəttə ki, istəyərdim. Amma bilmirəm, bu, məndə alınacaq, yoxsa yox.
- Bunun üçün tez-tez qol vurmaq lazımdır. Qabaqda Hondurasla oyun var...
- Əlbəttə, yenə qol vurmağa çalışacağam. İstərdim ki, Honduras kimi güclü komandaya da qol vurum. Amma əsas mənim qol vurmağım yox, milli komandanın uğur qazanmasıdır.
- Arxada qalan iki oyunda hücumçular qol vura bilməyib. Əvəzində hər iki qolu yarımmüdafiəçi vurub...
- Bu, o demək deyil ki, bizim hücumçular zəifdir. Sadəcə, mənim imkanım oldu, vurdum. Mənim yerimdə onlar da olsa, qol vurardılar. Elə hücumçu var ki, 10 oyunda qol vura bilmir. Futbolda belə şeylər olur.
- Əgər yarımmüdafiəçi hər oyunda qol vurursa, bu, hücumçunun zəif olması anlamına gəlmirmi?
- Yox, mən onlara zəif deyə bilmərəm. Yenə deyirəm, həmin epizodda Rauf Əliyev də olsa vura bilərdi.
- Meydanda Raufla, yoxsa Fərid Quliyevlə yaxşı dil tapa bilirsən?
- Mən Raufla bir komandada - “Qarabağ”da oynayıram. Onunla mənim üçün daha yaxşıdır. Amma Fəridlə yığmanın oyununda bir yerdə oluruq. Artıq bir-birimizi başa düşürük.
- Çoxları deyir ki, Elvin Məmmədov fiziki cəhətdən zəifdir. Bunu qəbul edirsiniz?
- Bəli, bu sırf Azərbaycan futbolu ilə bağlıdır. Mən asfaltın üstündə oynaya-oynaya böyük futbola gəlmişəm. Trenajor zalını ilk dəfə “İnter” klubunda oynadığım vaxtda görmüşəm. Amma Avropada futbolçu uşaq vaxtlarından yaşıl meydanda məşq edir, normal qidalanırlar. Bütün bunların təsiri var. Biz hələ bu səviyyədə deyilik.
- “Qarabağ”da qalacaqsınız, yoxsa?
- Hələ 1 illik müqaviləm var. Əgər rəhbərlik desə ki, komandaya uyğun gəlmirsən, onda bir şey fikirləşmək olar.
- “Qarabağ” iyunun 5-də toplanışa başlayır. Bu, sizdə yorğunçuluq yaratmayacaq?
- Biz ötən ilki uğuru təkrarlamaq istəyirik. İnşallah, bu, bizdə alınar.

0
0