Elxan Məmmədov: Onlar özlərini əsl peşəkar kimi göstərdilər
03.06.2010 - 10:40
“Təlim-məşq toplanışı üçün milli komandaya AFFA tərəfindən hər cür şərait yaradılıb. Məşqləri izlədim və futbolçular özlərini əsl peşəkar kimi göstərdilər. Qısa vaxt ərzində 3 oyunun keçirilməsinə, çempionatdan dərhal sonra çətin görünməyinə baxmayaraq, yığma sübut etdi ki, bu heç də çətin məsələ deyilmiş. Artıq milli komanda buna öyrənməli idi”. Bu sözləri apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib milli komandanın Avstriyada keçirilən təlim-məşq toplanışı və yoldaşlıq görüşlərini dəyərləndirib: “Komanda sübut etdi ki, 3 gündən bir oynamağa qadirdir. Hər oyunda bir yeni futbolçunun debüt etməsi və özünü yaxşı mənada göstərməsi yaxşı haldır. Bu, onu göstərir ki, komandada gəncləşdirmə prosesi davam edir. Rəqiblər güclü olsalar da, komandamız daha yaxşı oyun nümayiş etdirdi. Bu da milli komandada düzgün siyasətin nəticəsidir”.

0
0