“Azərbaycanla oyunumuza 70 min azarkeşin gəlməsi Hiddinkin nailiyyəti idi”
03.06.2010 - 10:53
“Yığmamızın hətta Azərbaycan millisi ilə Moskvadakı rəsmi oyunda stadiona 70 min nəfərin gəlməsi Qus Hiddinkin nailiyyəti idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın tanınmış futbolçusu Vladislav Radimov deyib.
Uzun illər kapitanı olduğu “Zenit”də futbolçu karyerasını bitirdikdən sonra komandanın rəisi çalışan Radimov yığmasının Azərbaycan millisinə ötən seçmə mərhələdə “Lujniki” stadionunda 2:0 hesabı ilə qalib gəldikləri oyuna toxunub.
Rusiya yığmasının yeni baş məşqçisi Radimovun “Zenit”də çalışdırıcısı olmuş Dik Advokatdır. Ancaq hollandiyalı məşqçilər arasında ayrı-seçkilik etməyən veteran futbolçu əvvəlki baş məşqçi Qus Hiddinkin də rolunu qeyd edir: “Ancaq Azərbaycanla oyuna bu qədər azarkeşin gəlməsi təkcə onun əməyi deyildi. Azarkeşin çox gəlməsinə yığmanın oyunu təsir etdi. Bir də onun həyatının və çıxışının Kütləvi İnformasiya Vasitələrində layiqli işıqlandırılmasının da böyük təsiri oldu. Dik Advokatın seçimi varmı? Yığmaya bütün namizədlər göz qabağındadır. Azərbaycanla oyunda sonradan meydana çıxaraq debüt edən Aleksey Buxarov da daxil olmaqla hamı yığmaya çağırılıb. Kimin yaxşı funksional formada olub-olmamağını müəyyənləşdirmək üçünsə bu gün kifayət qədər aparat var”.

0
0