“Qalatasaray” Berti Foqtsun rəhbərliyi altında oynamış futbolçunu alır
03.06.2010 - 10:59
Türkiyənin “Qalatasaray” klubu Nigeriya yığmasının hücumçusu Piter Odemvinqe ilə ciddi maraqlanır. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Moskvanın “Lokomotiv” klubunda çıxış edən nigeriyalı futbolçunu sonradan transfer hüquqlarına çıxmaq şərti ilə icarəyə götürmək istəyir. “Lokomotiv” “Qalatasaray”dan Odemvinqeyə görə 7 milyon avro tələb edir.
Qeyd edək ki, Piter yığmasının heyətində DÇ-2010-da iştirak edəcək. O, vaxtilə Berti Foqtsun rəhbərliyi altında oynayıb. Almaniyalı mütəxəssis 2008-ci ilin aprelində milli komandamızın baş məşqçisi təyin olunana kimi Nigeriya yığmasını çalışdırıb.

0
0