Azərbaycan yığması üçün yeni ləqəb
03.06.2010 - 11:13
Azərbaycan yığması üçün yeni ləqəb
Böyük Britaniyanın məşhur “Sky Sports” idman mediası qurumu Azərbaycan milli komandasının Honduras yığması ilə yoldaşlıq oyununa biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, dünya çempionatının final mərhələsində iştirak edəcək mərkəzi amerikalıların komandamızla heç-heçə etməsi həmkarlarımızın diqqətindən yayınmayıb. Britaniyalılar indiyədək ləqəbi olmayan komandamız üçün ad da tapıb: Honduras yığması Avropanın qumlaqçısı Azərbaycan yığması ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, dünyanın əksər yığmalarının ləqəbi olsa da (şirlər, tülkülər, fillər, bülbüllər və s.) yığmamıza indiyədək bu tip ad verən olmamışdı. Britaniyalıların komandamızı adlandırdığı qumlaqçı isə çəki balıqları fəsiləsindən kiçik çay balığıdır. Avropa qumlaqçısı deyil, Avrasiya qumlaqçısı sayılan Foksinus balığının uzunluğu 15 sm-ə, çəkisi 100 qrama qədər olur.