Foqtsa məsləhət: İyunun 2-də oynamayın
03.06.2010 - 11:37
Honduras milli komandası ilə oyunda qırmızı vərəqə alan Saşa Yunisoğlu Berti Foqtsun rəhbərliyi Azərbaycan yığmasına rəhbərliyi dövründə meydandan qovulan 5-ci futbolçu olub.
Apasport.az saytının məlumatına görə, 2008-ci ilin aprelindən baş məşqçi təyin olunan almaniyalı mütəxəssisin çalışdırıcılığı dövründə 27-ci qarşılaşmasına çıxan komandamız indiyədək 4 dəfə də görüşü 10 nəfərlə bitirmişdi. Bu qırmızı vərəqələrdən dördünü ikinci və yalnız birini birinci hissədə alan millimiz üçün iyunun 2-si tarixi fərqli olub. Belə ki, 2008-ci ilin bu tarixində oyun keçirməyən yığma ardıcıl 2 ildir iyunun 2-də qırmızı vərəqəyə üzülür. Ona görə də azlıqda qalmamaq üçün iyunun 2-də oynamamaq məsləhətdir.
Qeyd edək ki, gələn il üçün təqvimi məlum olan millimiz iyunun 2-də oynamayacaq. Buna komandamızın Qazaxıstanla matçının bu tarixin ertəsi gününə təyin olunmasıdır.
Vüqar XEYRULLAYEV

tarix | oyun | hesab | Qırmızı alan futbolçu | Dəqiqə |
06.09.2008 | Uels – Azərbaycan | 1:0 | Fabio Luis Ramim | 68 |
15.10.2008 | Bəhreyn – Azərbaycan | 1:2 | Rail Məlikov | 44 |
02.06.2009 | Türkiyə - Azərbaycan | 2:0 | Rəşad Sadıqov | 51 |
09.09.2009 | Almaniya – Azərbaycan | 4:0 | Samir Abbasov | 50 |
02.06.2010 | Azərbaycan - Honduras | 0:0 | Saşa Yunisoğlu | 74 |
Vüqar XEYRULLAYEV
0
0