Bundesliqa təmsilçisinin rəsmisi: Azərbaycan yığmasının futbolçuları bizə yaramır
03.06.2010 - 12:33
Bundesliqa təmsilçisinin rəsmisi: Azərbaycan yığmasının futbolçuları bizə yaramır
Almaniyanın “Fortuna” klubu Azərbaycan milli komandasının futbolçularını bəyənməyib. Apasport.az saytının məlumatına görə, ikinci bundesliqada çıxış edən Düsseldorf təmsilçisinin meneceri Volf Verner yığmamızın təlim-məşq toplanışı keçdiyi Avstriyaya səfəri ilə bağlı təəssüratlarını açıqlayıb.

Milli komandamızın baş məşqçisi olan həmyerlisi Berti Foqtsun dəvəti ilə bu ölkəyə yollanan almaniyalı funksioner “Fortuna”ya uyğun gələn futbolçu tapmayıb: “Komandamızda Azərbaycan yığmasından futbolçu olmayacaq. Mən Avstriyada Berti Foqtsun yetirmələrinin iki oyununu izlədim. Düzdür, bu yığmada bir neçə istedadlı futbolçu var. Ancaq biz təcrübəsi böyük olan oyunçular axtarırıq. Bizə ilk növbədə mərkəz müdafiəçisi, hücumçu və yarımmüdafiədə futbolçular lazımdır”.