Türkiyəli futbolçu yığmada himni oxumamasına aydınlıq gətirdi
03.06.2010 - 13:28
Almaniya yığmasında çıxış edən milliyətcə türkiyəli futbolçu Məsut Özil DÇ-2010-un startı öncəsi ölkəsində əsas müzakirə obyektinə çevrilib. Apasport.az saytının məlumatına görə, Bremenin “Verder” klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçinin yığmada komanda yoldaşları ilə birgə himn oxumaması Almaniyada böyük müzakirəyə səbəb olub. Məsut bunu belə izah edib: “Mən himn zamanı dua edirəm. Ulu Tanrıdan özüm və komanda yoldaşlarım üçün uğur, sağlamlıq diləyirəm”.
Almaniya yığmasının heyətində həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu olan Frans Bekkenbauer də məsələyə münasibətini bildirib. “Bavariya” klubunun fəxri prezidenti himn oxumağın vacibliyinin bildirib: “Ölkənin himnini hamı oxumalıdır. Bundan sonra futbolçularda oyuna xüsusi köklənmə olur, onlar daha yaxşı oynayırlar. Mənim özümdə Almaniya himni səslənən zamanı emosiyalar artır. Düzdür, etiraf edirəm ki, belə qərarları hərə özü qəbul etməlidir”.
Qeyd edək ki, Məsut Almaniya yığmasında ötən ilin avqustunda milli komandamıza Bakıda 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda debüt edib.

0
0