Səlahət Ağayev “Xəzər-Lənkəran”ın qapıçısının rekordunu qıra bilmədi
03.06.2010 - 13:51
Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayev Azərbaycan milli komandasında rekord edə bilmədi. Apasport.az saytının hesablamalarına görə, ötən mövsüm Azərbaycan çempionluğunu qazanan 19 yaşlı Səlahətə əsas yığmamızda ən gənc debüt edən qapıçı olmaq müyəssər olmadı.
Ağayev milimizdə ilk oyununu DÇ-2010-un iştirakçısı Honduras yığması ilə Avstriyada yoldaşlıq görüşündə keçirdi və qapısını toxunulmaz saxladı. 19 yaşı bu ilin noyabrın 4-də tamam olacaq Səlahət ikinci ən gənc debütant qapıçı kimi təsəlli tapa bilər. Bu baxımdan rekord isə millimizin ilk qapıçısı kimi tarixə düşən Dmitri Kramarenkoya məxsusdur. Üç ildir “Xəzər-Lənkəran”da oynayan 36 yaşlı qapıçı yığmamızın ilk oyunu olan Gürcüstan yığması ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündə (3:6) debüt edib. Bu, 1992-ci ilin noyabrın 17-də Gürcüani şəhərində baş tutub. Həmin oyunda 6 qol buraxan Kramarenkonun 18 yaşının tamam olmasına 5 gün qalıbmış. Səlahətin rekordunu qıra bilmədiyi Dmitridən üstünlüyü ilk oyunda qol buraxmamasıdır.
Milli komandamızda debüt edən ən “qoca” qapıçı Cəmaləddin Əliyevlə Nadir Şükürovdur. Hər iki qapıçı 33 yaşı tamam olandan sonra ilk oyuna çıxıblar. Əliyev 1993-cü il iyunun 8-də Qazaxıstanın 21 yaşlılardan ibarət yığması ilə İranda (3:3), Şükürov 2000-ci ilin iyulun 27-də Makedoniya ilə Bolqarıstanda yoldaşlıq görüşündə (1:2) debüt edib. Şükürov Əliyevi yaş baxımından üstələyir. Belə ki, o, 33 yaş 151, həmkarı isə 33 yaş 130 günündə yığmada ilk oyuna çıxıb.
Qeyd edək ki, Kramarenkonu “Xəzər-Lənkəran”da ehtiyatda saxlayan Kamran Ağayev milli komandamızın da əsas qapıçısıdır. Yığmamızın baş məşqçisi Berti Foqts 22 yaşında debüt etdirdiyi Kamrana Hondurasla oyunda istirahət verdi, adını heç görüşün protokoluna daxil etmədi.
Mehman SÜLEYMANOV

0
0