“Beşiktaş”ı “Real”ın sabiq baş məşqçisi çalışdıracaq
03.06.2010 - 14:26
Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son iş yeri Madridin “Real” klubunun baş məşqçi postu olan Bernd Şuster İstanbul təmsilçisinə rəhbərlik edəcək. “Beşiktaş” rəhbərliyi təcrübəli almaniyalı mütəxəssisə 2012-ci ilə nəzərdə tutulan müqavilə təklif edib. Şuster bu postda 2008-ci ilin oktyabrında çalışan, yenicə vəzifəsindən azad olunan türkiyəli həmkarı Mustafa Dənizlini əvəzləyəcək.
Qeyd edək ki, “Real” son çempionluğunu 2008-ci ildə məhz Şusterin rəhbərliyi altında qazanıb. Məşqçilik karyerası əsasən İspaniya (“Xeres”, “Levante”, “Xetafe” klubları) ilə bağlı olan almaniyalı məşqçi Donetskin “Şaxtyor” klubunu da çalışdırıb.

0
0