Ağayev 165-ci oldu
03.06.2010 - 14:38
Ağayev 165-ci oldu
Azərbaycan milli komandasının Honduras yığması ilə Avstriyada keçirdiyi yoxlama oyunu daha bir futbolçunun debütü ilə əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, Bakının “İnter” klubunun ehtiyat qapıçısı Səlahət Ağayev karyerasında ilk dəfə yığmanın formasında meydana çıxıb. Bununla da 19 yaşlı futbolçu ilk rəsmi matçını 1992-ci ildə keçirən yığmanın 18 illik tarixinə 165-ci oyunçu kimi düşüb.

Qeyd edək ki, Səlahət bu il yığmadakı ilk matçını keçirən 6-cı futbolçudur. Berti Foqts ilin arxada qalan hissəsində Fərid Quliyev, Rauf Əliyev, Əfran İsmayılov və Avstriyadakı ilk 2 matçda Vurğun Hüseynovla Amit Quluzadəyə debüt şansı vermişdi.

Vüqar XEYRULLAYEV