Dik Advokat yığmamızın futbolçusunu izləməkdən imtina etdi
03.06.2010 - 15:29
Rusiya yığmasının baş məşqçisi Dik Advokat Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun oyununu izləməyəcək.
Apasport.az saytının məlumatına görə, tanınmış hollandiyalı mütəxəssis Mahirin heyətində yer aldığı “Anji” və digər Rusiya klublarının təlim-məşq toplanışında olduğu Avstriyaya yollanmalı idi. Ancaq hazırda Moskvada olan, milli komandamızın Makedoniya yığması ilə yoldaşlıq görüşünü müzakirə edən Advokat səfərini təxirə salıb: “İndi səfərim aktual deyil. Bəli, Mən Avstriyaya getməyə hazırlaşırdım. Ancaq elə alındı ki, bu təlim-məşq toplanışları Cənubi Afrika Respublikasında keçiriləcək mundialla eyni vaxtda olacaq. Mən Avstriyaya sonradan getməyi düşünürdüm. Ancaq təəssüf ki, tarixlər uyğun gəlmədi”.
Advokat növbəti seçmə mərhələdə rəqibi olan Slovakiya yığmasının DÇ-2010-da oyununu izləməyə yollanacaq. Onun köməkçisi olan Aleksandr Borodyuk isə digər rəqibləri olan Makedoniyanın Avstriyada yığmamızla yoldaşlıq görüşünü izləyib və baş məşqçisini məlumatlandırıb.
Qeyd edək ki, Mahir yığmadan “Anji”nin düşərgəsinə yollanacaq. Mahaçqala təmsilçisi iyunun 20-dən iyulun 3-dək bu ölkədə hazırlıq keçəcək.

0
0