Joze Mourinyonun 32 yaşlı köməkçisi baş məşqçi oldu
03.06.2010 - 16:06
Tanınmış portuqaliyalı mütəxəssis Joze Mourinyonun köməkçisi Andre Vilyaş Boaş “Portu” klubunun baş məşqçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın titullu klubu baş məşqçi postunu etibar etdiyi 32 yaşlı çalışdırıcı ilə iki illik müqavilə bağlayıb. Ölkəsində ən perspektivli məşqçilərdən sayılan Boaş 2003-2009-cu illərdə Mourinyonun elə “Portu”, “Çelsi” və “İnter”də köməkçisi olub. O, bu vəzifədə hər üç ölkənin çempionu, habelə Çempionlar Liqasının qalibi olub.
Ötən yay baş məşqçi karyerasına başlayan Vilyaş çalışdırdığı “Akademiya” ilə Portuqaliya çempionatında 16 komanda arasında 11-ci yeri tutub və yüksək liqada qalmaq vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, son 4 ildə “Portu”nun baş məşqçisi olan Jezualdo Fereyra ötən mövsüm çempion “Benfika”dan 8 xal geri qalaraq, bürünc mükafatçı olub.

0
0