“Muğan” klubu Afrika yığmalarının futbolçuları ilə razılıq əldə edib
03.06.2010 - 16:19
“Muğan” klubu Afrika yığmalarının futbolçuları ilə razılıq əldə edib
Salyanın “Muğan” klubu iki afrikalı futbolçu ilə ilkin razılığa gəlib. Bu haqda apasport.az saytına məlumat verən klubun vitse-prezidenti Bəhruz Şirəliyev onların yığma futbolçuları olduğunu bildirib.

Hələ ki ad açıqlamağı məqsədəuyğun saymayan vitse-prezidentin sözlərinə görə, bütün mövqelərə futbolçu axtarışını davam etdirirlər: “Həmin afrikalı futbolçularla hələ ki ilkin razılıq əldə olunub. Onlardan biri yarımmüdafiəçi, digəri hücumçudur. Yeni mövsümə hazırlıq məqsədilə bu ayın 25-də Bakıda yığışacağıq. İyulun 10-dan 20-dək isə Türkiyədə təlim-məşq toplanışında olacağıq. Orada 3-4 yoxlama oyunu keçirəcəyik. Çox güman, həmin afrikalıları Türkiyədə sınaqdan keçirəcəyik. Onların ilk olaraq Bakıya gəlişi mümkündür”.

Qeyd edək ki, “Muğan” xaricdə təlim-məşq toplanışı üçün Sloveniya və Türkiyə arasında seçim edirdi.