Kiyev “Dinamo”su azərbaycanlı futbolçunun yolunu gözləyir
04.06.2010 - 15:27
Kiyev “Dinamo”su “Qalatasaray”da çıxış edən əslən azərbaycanlı futbolçu Sərvət Çətinin yolunu gözləyir. Apasport.az saytının məlumatına görə, Valeri Qazzayevin baş məşqçisi olduğu komanda transfer etməkdə israrlı olduğu Türkiyə yığmasının 29 yaşlı mərkəz müdafiəçisi üçün “Cim Bom”a rəsmi təklif göndərib.
Türkiyədən cavab gözləyən kiyevlilər yaxın günlərdə “Qalatasaray”ın rəhbərliyi ilə görüşmək üçün İstanbula gələcək.
Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçisi Frank Raykaard mövsümün sonunda ehtiyata göndərdiyi Çətinin xidmətində maraqlı deyil. İngiltərənin “Tottenhem”, “Arsenal”, Yunanıstanın “Panatinaikos” klubunun da transfer etmək istədiyi Sərvət Türkiyədə ən yaxşı futbolçulardan sayılır. O, 35 oyun keçirdiyi yığmanın heyətində 2008-ci ildə Avropa çempionatının bürünc medalını qazanıb.

0
0